İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 06 Avqust
06 avqust 2014 20:07 (UTC +04:00)

İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 06 Avqust

GÜNÜN ŞƏRHİ

Döyüş səngərdə aparılır, kompüter arxasında deyil deyənlər yanılırlar. İnformasiya müharibəsi öz əhəmiyyətinə görə hərbi əməliyyatları bəzən deyil, çox zaman üstələyir. Müharibə şəraitində kompüterlər də bir səngərdir. Həm də bu müharibədə atəşkəs olmur, informasiya müharibəsi hər gün, 24 saat davam edir. Media qurumlarında çalışanlar da səngərə girmiş əsgərlər sayılır. Təəssüf ki, hər müharibədə olduğu kimi, bizim müharibədə də fərarilər, satqınlar, silahı düşmənə deyil, özümüzə qarşı tuşlayanlar var. Şəhidlərin sayının dəfələrlə şişirtmək, kəndlərin boşaldıldığını bəyan etmək, hərbi sirr sayıla biləcək görüntlülər yaymaq xəyanətdən başqa bir şey deyil. Əsli olmayan belə xəbərlər yaymaqla cəmiyyəti çaşdırmaq, qorxu altında saxlamaq, kütləvi psixoz vəziyyətinə salmaq... Məqsəd nə ola bilər? Yalnız ucuz şöhrət dalınca qaçmaq, yoxsa, dırnaqarası saytların baxış sayını artırmaq? Bu qədər də sadəlövh olmayaq... Bu kimi əməllərin adı təxribatdır və belə təxribat törədənlər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Hər bir sivil cəmiyyətdə olduğu kimi. Bu qədər bəsit...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1347
avatar

Oxşar yazılar