Həftənin ilk iş günü yağış yağacaq <span style="color:red;">- BƏZİ YERLƏRDƏ İNTENSİV OLACAQ
12 iyun 2016 12:16 (UTC +04:00)

Həftənin ilk iş günü yağış yağacaq - BƏZİ YERLƏRDƏ İNTENSİV OLACAQ

zərbaycanda sabah gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya  Departamentindən APA-ya verilən məlumata görə, iyunun 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz  keçəcəyi gözlənilir.

 

Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.  Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19 , gündüz 23-28, Bakıda gecə 16-18, gündüz  24-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760  mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 55-65  faiz təşkil edəcək.

 

Azərbaycanın rayonlarında sabah gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı  gözlənilir. Yağışın Lənkəran–Astara zonasında intensiv olacağı ehtimal var. Hava gündüz əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19, gündüz 26-31 , dağlarda gecə 8-13,  gündüz 14-19 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 162
avatar

APA Baycan

Oxşar yazılar