Ermənilərdən xilas edilən Qarabağ atlarının köçkünlük həyatı - REPORTAJ
27 noyabr 2014 19:09 (UTC +04:00)

Ermənilərdən xilas edilən Qarabağ atlarının köçkünlük həyatı - REPORTAJ

Qarabağ atları dünyada nadir növ, Asiya və Qafqaz bölgəsində qədim at cinsləri hesab olunur. Vaxtı ilə Qarabağ xanlarının təsərrüfatlarında yüzlərlə Qarabağ atı saxlanılıb. Ən yaxşı atlar isə Şuşa, Ağdam rayonlarında yetişdirilib.

 

1948-ci ildə yaradılan Ağdam Atçılıq Zavodunun mütəxəssisləri Ağdam,  Şuşa,  Xocavənd, Bərdə,  Yevlax, Tovuz rayonlarını gəzərək bu cins atların xarakterik əlamətlərini özündə saхlamış 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçib Ağdama gətirir. Beləliklə də atçılıq zavodunun əsası qoyulur.  1991-1993-cü illərdə ermənilər  dəfələrlə Ağdam Atçılıq Zavoduna hücumlar edib atları ələ keçirməyə çalışırlar. Atçılıq zavodunun müdiri Maarif Hüseynov APA TV-yə bildirib ki, ermənilərin fikri Qarabağ atlarını da girov götürmək olub. Amma buna nail ola bilməyiblər. O və dostları atları bir gecənin içində aparıb Ağdamın işğal olunmamış ərazilərindən birində quşçuluq fermasına yığıblar. Qarabağ atları bu köçdən sonra hələ bir neçə dəfə də köç həyatı yaşadı. Azərbaycanın milli sərvəti olan Qarabağ atları Yevlax rayonunun Aran qəsəbəsinə köçürülür. Burda şərait olmadığı üçün atlar Goranboya gətirilir. Sonradan Heydər Əliyevin göstərişi ilə Qarabağ atlarının saxlanılması üçün xüsusi şərait yaradılıb.
 


"Goranboyda daha pis şərait oldu. Qarğıdan çəpərmi olar? 1997-ci ildə atları Ağcabədiyə gətirdik. At saxlanılması üçün yer yox idi. Təsərrüfatın öz imkanları daxilində tövlə tikərək sürü halında onun içərisinə yığdıq. Heydər Əliyev göstəriş verdi ki, mən sizə tapşırıram qoymayın bu atlar qırılsın.  Dedi ki, bu atları bir əsrdə belə yetişdirmək olmur".

 

Şux görünüşü ilə həmcinslərini geridə qoyan Qarabağı atı İngiltərə kraliçasına da hədiyyə edilib. Bu atlar indiyədək çoxlu sayda beynəlxalq yarışlara, turnirlərə qatılıb və birinci yeri tutub. Qarabağ atlar qayğı gördükcə daha da gözəlləşir. Odur ki, onların xüsusi diqqətə ehtiyacları var.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814
avatar

Oxşar yazılar