Dövlət 100 nəfərə avtomobil verdi
08 avqust 2014 12:30 (UTC +04:00)

Dövlət 100 nəfərə avtomobil verdi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 100 nəfər əlilliyi olan şəxsə "Naz-Lifan" markalı minik avtomobili verilib. ƏƏSMN-dan Lent.az-a verilən xəbərə görə, 32 nəfər Böyük Vətən müharibəsi, 23 nəfər Çernobıl və 45 nəfər hərbi xidmət əlili olan şəxslər avtomobillə təmin olunub.

Prezident İlham Əliyev tərəfindən imzalanan 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli sərəncamlara əsasən, cari ilin aprelindən bəri 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə, hazırda təqdim olunan avtomobillər də daxil edilməklə 623 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxsə, beləliklə, 2014-cü ilin əvvəlinədək xüsusi tibbi arayış əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərdən artıq 1300 nəfərinə minik avtomobilləri verilib.

Cari ilin əvvəlinədək növbədə olan digər şəxslərə də bu ayın sonunadək avtomobil verilməsi nəzərdə tutulur.

Tədbirdə çıxış edən əlilliyi olan şəxslər onların sosial təminatının gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1447
avatar

Oxşar yazılar