Bu gün 19 nəfər qarda sürüşüb <span style="color:red;">XƏSARƏT ALDI - RƏSMİ  - YENİLƏNİB
01 fevral 2017 15:49 (UTC +04:00)

Bu gün 19 nəfər qarda sürüşüb XƏSARƏT ALDI - RƏSMİ - YENİLƏNİB

Bu gün səhər saatlarından indiyə qədər ümumilikdə 19 nəfər qarda sürüşərək xəsarət alıb.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki, onlardan 3 nəfəri azyaşlı uşaqdır. Xəsarət alanlardan 12 nəfəri xəstəxanaya yerləşdirilib. Travmalar əsasən aşağı ətrafların zədələnmələri, çıxıqlar, bazu sümüyünün,  sağ biləyin  əzilməsi ilə bağlıdır.

***

10:50

Qarlı və şaxtalı hava şəraiti nəticəsində 31 yanvar və 1 fevral tarixlərində 7 nəfər qarda sürüşərək xəsarət alıb.

 

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Lent.az-a bildirilib ki, onlardan 4 nəfəri xəstəxanaya yerləşdirilib, 3 nəfərə isə yerində tibbi xidmət göstərilib. Travmalar əsasən aşağı ətrafların zədələnmələri ilə bağlı olub.

 

Məlumata görə, qarlı hava şəraiti ilə əlaqədar Bakının şəhərinin daha çox qar yağan ərazilərinə ( Yeni Yasamal, 9-cu mikrorayon və.s)  xüsusi təcili tibbi yardım maşınları göndərilib: “Tırtıllı təcili tibbi yardım maşınları, bundan başqa hər iki oxu çəkən avtomobillər də qarlı və şaxtalı havalarda əhaliyə xidmət üçün hazırdır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Fərizə Əhmədova

Oxşar yazılar