Döyüş növbəçəkmə postlarına BAXIŞ
17 iyul 2014 12:15 (UTC +04:00)

Döyüş növbəçəkmə postlarına BAXIŞ

Ombudsman Aparatının əməkdaşları Müdafiə Nazirliyinin Qazax, Tovuz, Gədəbəy, Daşkəsən və Göygöl rayonları ərazisindəki hərbi hissələrin döyüş növbəçəkmə postlarına baxış keçiriblər. Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Baxış zamanı şəxsi heyətin döyüş ruhu və psixoloji durumu, təkmilləşdirilmiş məişət şəraiti, xüsusilə modul tipli yataqxanaların istifadəyə verilməsi, qidanın keyfiyyəti və hərbi nizamnamələrə uyğun xidmətin təşkili müsbət qiymətləndirilib.

 

Baxışlar zamanı hərbi hissələrdə bir neçə hərbi qulluqçunun şifahi müraciətləri dinlənilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 622
avatar

Oxşar yazılar