Bu barədə APA-ya Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu addım Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun avqustun 11-də Bakıda küləyin güclənəcəyi ilə əlaqədar məlumatına əsasən atılacaq. Bayraq hava sabitləşənədək endiriləcək.