Dekabrın ilk günü Azərbaycanda hava necə olacaq? - PROQNOZ
30 noyabr 2014 14:50 (UTC +04:00)

Dekabrın ilk günü Azərbaycanda hava necə olacaq? - PROQNOZ

Dekabrın 1-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman, axşam isə yağıntı olacağı gözlənilir.

 

Havanın temperaturunun gecə 2-5, gündüz 7-10, Bakıda gecə 2-4, gündüz 8-10 dərəcə isti olacağı gözlənilir.

 

Naxçıvan Muxtar Respublikası, Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.

 

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl, həmçinin Mərkəzi-Aran və Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara  rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin axşama doğru yağıntılı olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin, lakin günün ikinci yarısında yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. 

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2606
avatar

Oxşar yazılar