Cadunun insan həyatına təsiri varmı?
19 noyabr 2016 14:47 (UTC +04:00)

Cadunun insan həyatına təsiri varmı?

Cadudan necə qorunmaq olar? İslam tilsimin, cadunun varlığını qəbul edirmi?

 

“ “Qurani-Kərim”də açıq şəkildə həd təyin edilən əməllər böyük günahlar sayılır. Məsələn, oğurlamaq, zina etmək kimi günahlar bu silsilədəndir. Bu əməllərin hər biri üçün müqəddəs kitabda həd buyrulub. Həmçinin Hz. Məhəmməd peyğəmbərin  barəsində lənətlənmiş, bizdən deyildir deyə bəhs etdiyi əməllər də böyük günahlara daxildir”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyatçı Samid Quliyev “Yaşıl orta”  verilişində deyib. O bildirib ki, böyük günahların başında şirk əməli dayanır: “Allaha şərik qərar vermək ən böyük günah sayılır. Bu barədə “Qurani-Kərim”də açıq şəkildə nazil olan ayələr var. “Ənam” surəsinin 151-ci ayəsində uca Allah belə buyurur: “(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk. Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram buyurduğu cana qıymayın. (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb anlayasınız!” İslama görə nahaq yerə insan öldürmək, qeybət etmək, yalan danışmaq, valideynin üzünə ağ olmaq, zina etmək kimi əməllər böyük günahlara daxildir”.

 

İlahiyyatçı qeyd edib ki, islam alimləri böyük günahların sayını 7-dən 60-dək təqdim ediblər: “Hz. Əli bu əməllərin hər birini şirk günahı ilə əvəzləyib. O buyurub ki, bütün böyük günahlar birdir və bu da Allaha şərik qərar verməkdir. Yəni Hz. Əlinin bildirdiyinə görə, kimsə oğurluq edibsə, deməli Allahı doğru  tanımayıb və bütün günahlar Allahı doğru tanımamaqdan doğur”.

 

S.Quliyevin sözlərinə görə, ata-ananın üzünə ağ olmaq da böyük günahlardan sayılır: “ Övladın üzərində ata-ananın ağır haqqı var. Biz bu dəyərlərin qədrini bilməliyik. Valideynə cavab qaytarmaq, əl qaldırmaq böyük günahdır. Bundan çətinmək lazımdır. Amma onu da unutmayaq ki, günahların da tövbəsi var. Əgər kimsə hətta böyük günah edib peşman olubsa, tövbə edə bilər. Allah tövbə edən bəndələrini sevir”.

 

İlahiyyatçı bildirib ki, günahlardan biri də cadudur: “ İslam mənbələrində cadu və tilsim daha çox sehr kimi qeyd olunub. Dinimizdə cadu, tilsim, kahinlik kimi əməllər haram sayılır. İslam cadunun varlığını qəbul edir, bu əməllə məşğul olmağı isə haram buyurub. Müsəlman cadunun təsirindən qoruna bilər. Bunun üçün  “Fatihə” surəsini, “Bəqərə” surəsinin 255-ci və son 3 ayəsini, “Fələq”, “Nas” surəsini və digər ayələri oxumaq olar”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 832
avatar

Oxşar yazılar