Cəlilabadda qardaşını bıçaqlayan bacı saxlanıldı - YENİLƏNİB
31 avqust 2025 09:54 (UTC +04:00)

Cəlilabadda qardaşını bıçaqlayan bacı saxlanıldı - YENİLƏNİB

0

Cəlilabadda qardaşını bıçaqlayan qadın saxlanılıb.

Bu barədə Lent.az-a DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Qeyd olunub ki, 46 yaşlı Nurəddin Əsgərova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

***

30 avqust, saat: 21:13

Cəlilabadda bacı-qardaş arasında yaranan mübahisə qanla bitib.

Lent.az xəbər verir ki, hadisə rayonun Adnalı kəndində baş verib.

Kənd sakinləri 1982-ci il təvəllüdlü Şəfəq Əsgərova ilə qardaşı 1979-cu il təvəllüdlü Nurəddin Əsgərov arasında mübahisə yaranıb.

Bu zaman Şəfəq Əsgərova bıçağa əl atıb və qardaşı N. Əsgərova iki bıçaq zərbəsi endirib.

Xəsarət alan N .Əsgərov ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Məlumata görə, bacı-qardaş arasında mübahisə tez-tez baş verirmiş.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4058

Oxşar yazılar