[b]Tələbələri hicablı və üzü tüklü dərsə buraxmayan universitetdən [/b]RƏSMİ AÇIQLAMA
21 sentyabr 2017 16:46 (UTC +04:00)

[b]Tələbələri hicablı və üzü tüklü dərsə buraxmayan universitetdən [/b]RƏSMİ AÇIQLAMA

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev sentyabrın 18-də tələbələrin qarşısında çıxış edərkən dərsə hicabla gələn tələbələrin universitetə buraxılmayacağını deyib. Məsələ ilə bağlı universitetinin mətbuat xidməti Lent.az-a rəsmi açıqlama verib.    

 

Açıqlamada Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7. bəndinə əsasən universitetdə təhsilalanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən olunduğu deyilir: “Buna uyğun olaraq Mingəçevir Dövlət Universitetində "Təhsilalanların daxili intizam Qaydaları"nın 2.3. bəndinin 10-cu abzasında qeyd olunur ki, tələbələrə hicablı və digər dini atributları üzərində daşıyaraq, üzü tüklü (taraş olunmamış) vəziyyətdə təhsil ocağına daxil olmağa icazə verilmir”.

 

Qeyd edək ki, bununla bağlı ilk xəbəri avropa.info saytı yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar