Bərdədə ailənin 14-cü övladı doğulub
31 oktyabr 2016 13:31 (UTC +04:00)

Bərdədə ailənin 14-cü övladı doğulub

Bərdə rayonunda ailənin 14-cü övladı dünyaya gəlib.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Cəyirli kənd sakini Taleh İsgəndərovun ailəsinin 14-cü övladı olan Günay 2 ay öncə doğulsa da, ailə bunu gizli saxlayıb.

 

Rayonda sürücü işləyən T. İsgəndərov xəbəri gizli saxlamalarının səbəbini belə izah edib: “13-cü uşaq doğulanda məni mətbuata çıxardılar, dedilər ki, çoxuşaqlı ailə kimi sizə maşın, yataq dəstləri, paltaryuyan veriləcək. Amma vermədilər. Bizi qohum əqrəbanın, dost-tanışın yanında utandırdılar”.

 

Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın 37 yaşı var. Onların 19 övladı doğulsa da, beşi ölüb.

 

Övladların 7-si qız, 7-si oğlandır. Ailənin böyük oğlu hərbi xidmətdədir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

APA Baycan

Oxşar yazılar