![<span style="color:red;">(R) Bakıda “Lumegrand Interiors” şourum-konsept stor açılıb –<span style="color:red;"> FOTO](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
(R) Bakıda “Lumegrand Interiors” şourum-konsept stor açılıb – FOTO
Bakı şəhərində “Lumegrand Interiors” şourum-konsept stor açılıb.
2006-ci ildə fəaliyyətə başlayan LUMEGRAND şirkətinin (Ak. Həsən Əliyev 3C, Telefon: (+99412) 377-05-05, Mobil: (+99455) 226-90-01) paytaxtda 4 pərakəndə işıqlandırma satış mağazası var.
“Lumegrand Interiors” mağazası 4 mərtəbədən ibarətdir. Burada müştərilərə ev üçün çilçıraqlarla yanaşı, dekor aksessuarları, mebel dəstləri, divar kağızları, xalça, pərdə kimi ev üçün lazımlı əşyalar təqdim olunur. Mağazada satışa çıxarılan məhsulların əksəriyyəti Avropa ölkələrindən gətirilir. Belə ki, mebellər qabaqcıl İtaliya fabriklərinin məhsullarıdır.
İşıqlandırma sistemləri İtaliya, İspaniya, Avstriya, xalçalar isə Türkiyə və Hindistanda istehsal olunur. Hindistandan əl işi xalçalarından başqa, əl toxuması olan dekorativ balış üzləri, pledlər və puflar da idxal olunur. Burada yumşaq mebellərdən olan “Calia Italia”, “Gamma Arredamenti”, “Prianera” fabriklərinin məhsulları ilə yanaşı, müştərilərə həmçinin klassik və art-deko üslubunda olan “Morello Gianpaolo”, “Dall’Agnese”, “Ferretti e Ferretti” “Fasolin” və loft üslubunda “Dialma Brown” markalarının məhsulları da təqdim edilir.
Şirkətin təsisçisi və baş direktoru Tural Əhmədov bildirib ki, “Lumegrand Interiors” mağazasını rəqiblərindən fərqləndirəcək əsas xüsusiyyəti yüksək keyfiyyətli və dəbli Avropa məhsullarını müştərilərə münasib qiymətə təqdim edilməsi olacaq:
“Adətən, belə stereotip vardır ki, əgər hər hansı məhsul Avropada istehsal olunubsa, onun qiyməti baha olmalıdır. Lakin biz Avropa məhsullarını əlçatan etmək üçün daha çox orta seqmentli fabriklərlə əməkdaşlığa başlamağı qərar verdik. Məsələn, rəsmi distribütoru olduğumuz San-Marinonun “Colombini Casa” fabriki böyük həcmli və avtomatlaşmış istehsal prosesi sayəsində münasib qiymət strategiyası ilə bərabər, İtalyan dizaynını və keyfiyyətini özündə saxlayıb.
Bu fabrik mətbəx mebelindən tutmuş ofis mebelinə kimi, həmçinin yataq otağı, qonaq otağı dəstləri, yumşaq mebel və qarderob kimi çoxçeşidli məhsullar istehsal edir. Şirkətin xüsusi proqram təminatı sayəsində müştərilər üçün individual dizayn xidməti təşkil olunur. Yeri gəlmişkən, onu da deyim ki, fabrik həmçinin bu ilin 28 iyul tarixinə kimi startap promo aksiyası təşkil edərək hər 3 min avro dəyərində mal alana 1000 avroluq pulsuz vauçer təqdim edir və bu vauçeri həmin ödənişdə istifadə etmək imkanı yaradır.
Başqa sözlə, yalnız bu fabrikin məhsullarını, təxminən, bir ay ərzində 33%-ə qədər endirimlə almaq mümkündür. Bundan başqa, dekor aksessuarlarının böyük çeşidini, son illər dəbə qayıtmış cəsarətli loft üslubunu və Azərbaycan bazarında ilk dəfə olaraq Hindistandan əl işi olan tekstil məhsullarını təqdim etməklə fərqlənməyə çalışmışıq”.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)