Bakı sərnişin – Pirşağı – Sumqayıt istiqamətində 29.2 km uzunluğunda dairəvi dəmir yolunun əsaslı təmir işlərinə start verilib.
Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, hazırda köhnə yolun söküntüsü və torpaq yatağının işlənməsi prosesi gedir.
Qeyd edək ki, layihə həyata keçirildikdən sonra Bakı, 8-ci km qəsəbəsi, Sabunçu, Zabrat, Pirşağı, Kürdəxanı, Goradil, Saray və Sumqayıt əhalisi elektrik qatarlarının xidmətindən istifadə edə biləcək.