Bakı-Sumqayıt yolunun 12-ci km-də ( “Xırdalan qəbiristanlığı” ) yerüstü piyada keçidi artıq hazırdır.
“Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Lent.az-a bildirib ki, keçidin tikintisi demək olar ki, yekunlaşıb, son tamamlama işləri aparılır: “ Buna baxmayaraq vətəndaşlar artıq təhlükəsiz şəraitdə keçiddən istifadə edərək avtomobil yolunu keçə bilərlər”.
Qeyd edək ki, bu təmir işləri ilə bağlı artıq uzun müddətdir ki, Bakı-Sumqayıt yolunda tıxaclar əmələ gəlirdi.