Bakı-Sumqayıt qatarına biznes klass üçün biletlərin qiymətində dəyişiklik edilib.
Azərbaycan Dəmir Yolları QSC-dən Lent.az-a verilən məlumata görə, noyabrın 5-dən etibarən sərnişinlər Bakı-Sumqayıt qatarına biznes klass üçün biletləri 1.60 AZN deyil, 1.20 AZN-ə əldə edə bilərlər.