Bakı-Böyük Kəsik istiqamətində görülən işlər nə vaxt başa çatacaq?
27 noyabr 2013 11:15 (UTC +04:00)

Bakı-Böyük Kəsik istiqamətində görülən işlər nə vaxt başa çatacaq?

“Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində 317 km yolun əsaslı təmiri davam edir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent. az-a verdiyi məlumata görə, bu gün dəmir yolunun Zəyəm - Dəllər mənzilində 12,3 km yolun əsaslı təmirinə başlanılıb.

Səhər tezdən start götürən təmir işləri on gün davam edəcək. Ümumiyyətlə, 317 kilometrin təmiri dekabr ayının ikinci dekadasında başa çatacaq. Əsaslı təmir işlərini “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir. Dövlət Proqramının icrası çərçivəsində əsaslı təmir işlərinə 10 iyun 2011-ci ildə Tatlı-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib. Bu günə kimi 301 kilometr yol əsaslı təmir olunub, bunun da 240 kilometrinin 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənməsi başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 709

Oxşar yazılar