Azərbaycanlı həkim Elşad Sadıqov ABŞ-da fəxri diploma layiq görülüb. Lent.az-ın məlumatına görə, onun məruzəsi ABŞ-ın Neyroradioloji Cəmiyyətinin 40-cı beynəlxalq konqresində böyük maraqla qarşılanıb, Məlumata görə, tanınmış radioloqu, N.Tusi adına Klinikanın şüa diaqnostikası şöbəsinin müdiri Yunus Əfəndiyev və Kanadanın səhiyyə sistemində çalışan həmyerlimiz Əli İsmayılovun “Karotid cisim şişlərinin cərrahi müdaxilədən əvvəl və sonra serebral hemodinamikanın TCD evolyusiyası” adlı məqaləsi də ABŞ-ın Neyroradioloji Cəmiyyətinin 40-cı beynəlxalq konqresində xüsusi diqqətə səbəb olub.
Sözügedən beynəlxalq forum bu il yanvarın 19-dan 22-dək ABŞ-ın Los-Anceles şəhərində keçirilib. Şüa diaqnostikası üzrə həkim E. Sadıqov tədbirdə Azərbaycanın yeganə təmsilçi və məruzəçisi olub.