Azərbaycanda sabaha olan <span style="color:red;">HAVA PROQNOZU
09 noyabr 2015 13:17 (UTC +04:00)

Azərbaycanda sabaha olan HAVA PROQNOZU

 

 

Noyabrın 10-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, arabir yağış yağacağı gözlənilir.

 

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir  güclənəcək. Havanın temperaturu gecə 7-10, gündüz 11-13 dərəcə isti olacaq.

 

Bakıda gecə 8-10, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.

 

Nisbi rütubət 85-95% təşkil edəcək.

 

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 9-13 isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 isti olacağı gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar