Azərbaycanda ödənişli əsas məzuniyyətin aşağı həddi artırılacaq
03 avqust 2014 13:22 (UTC +04:00)

Azərbaycanda ödənişli əsas məzuniyyətin aşağı həddi artırılacaq

Azərbaycanda ödənişli əsas məzuniyyətin aşağı həddi artırılacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2014-2015-ci illər üçün imzalanan Baş Kollektiv Sazişdə öhdəliklər sırasında yer alıb.

Tərəflər ödənişli əsas məzuniyyəti 21 təqvim günü olan işçilərin əsas məzuniyyətinin aşağı həddini 28 təqvim günü müəyyən edən Avropa Sosial Xartiyasının 2-ci maddəsinə qoşulmaq üçün səy göstərəcəklər. Uşağa bilavasitə qulluq edən şəxsin qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin əmək və sığorta stajına daxil edilməsi üçün birgə müzakirələrin aparılacaq. Öhdəliklər sırasında tibbi, peşə və sosial reabilitasiya keçən şəxslərin bu müəssisələrdə olduğu müddətdən asılı olmayaraq, müəssisənin ləğv edilməsi halları istisna olmaqla, işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsinə yol verilməməsi, icbari tibbi sığortanın tətbiqinə nail olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi, işsizlik müavinəti aldığı dövrdə vəfat edən şəxsə dəfn müavinətinin verilməsi məsələsinə baxılması da əksini tapıb.

 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2610
avatar

Oxşar yazılar