Azərbaycanda körpə ölümü 3 dəfə azalıb - Baş pediatr
31 avqust 2016 11:47 (UTC +04:00)

Azərbaycanda körpə ölümü 3 dəfə azalıb - Baş pediatr

 

Ölkədə aparılan kompleks və davamlı tədbirlər nəticəsində 1993-cü illə müqayisədə respublika üzrə körpə ölümü göstəricisi üç dəfəyə yaxın azalıb. Lent.az-ın məlumatına görə, bunu ölkənin baş pediatrı Nəsib Quliyev bu gün K.Fərəcova adına ET Pediatriya İnstitutunda keçirilmiş tədbirdə deyib. N. Quliyevin sözlərinə görə, əgər 1993-cü ildə hər 1000 nəfər diri doğulana ölüm göstəricisi 28,2 promilli təşkil edirdisə, 2005-ci ildə bu göstərici 12,7 promilliyə, 2014-cü ildə isə 10,2 promilliyə qədərə azalıb. Azərbaycanda 1 yaşına qədər uşaqların ölümü göstəricisi 3 dəfəyə qədər azalıb.

 

Baş pediatr bildirib ki, hazırda Azərbaycanda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı dövlət hesabına peyvənd olunurlar ki, bu da dünyanın inkişaf etmiş ölkələri səviyyəsindədir: “Dünyanın ən çox peyvənd edilən ölkəsində peyvəndlərin sayı 13-dür. Biz də miningit və suçiçəyinə qarşı peyvəndi tətbiq etsək, onların sırasına qatıla bilərik . Hazırda respublikada suçiçəyinə qarşı peyvəndin aparılmasına hazırlıq görülür və yaxın illərdə bu peyvəndin də tətbiqi gözlənilir. Qızılca və məxmərək xəstəliyinin ölkə səviyyəsində ləğv edilməsinə görə Azərbaycan 53 Avropa ölkəsi içərisində birinci onluqda yer alıb”.

 

N. Quliyev qeyd edib ki, hazırda 2014-2020-ci illəri əhatə edən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması” haqqında Dövlət proqramı fəaliyyətdədi: “Doğum göstəricisi ölüm göstəricisini 2 dəfə üstələdiyi üçün əhalinin artım indeksi yüksəkdir. 2016-cı il üzrə Azərbaycanda əhalinin sayı 9 milyon 755 min 500 nəfər təşkil edir. Ölkədə əhalinin sayı il ərzində orta hesabla 1 % artır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Fərizə Əhmədova

Oxşar yazılar