Azərbaycanda hava mülayimləşir - <span style="color:red;">PROQNOZ
10 dekabr 2014 13:04 (UTC +04:00)

Azərbaycanda hava mülayimləşir - PROQNOZ

Bakıda və Abşeron yarımadasında dekabrın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə,  bəzi yerlərdə çiskinli yağış yağacaq. Mülayim Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.

 

Rayonlara gəlincə, dekabrın 10-da axşam Qərb rayonlarında, 11-də bəzi yerlərdə yağış yağacaq. Dağlıq ərazilərdə sulu qar və qar yağacaq. Cənub-şərq küləyi arabir güclənəcək. Gecə 1-6, gündüz  9-14, dağlarda 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

 

Qeyd edək ki, əvvəlki günlərə nisbətən hava mülayim keçəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 89

Oxşar yazılar