Agentlik direktoru avtobuslara baxış keçirdi: <span style="color:red;">vəsiqəsiz sürücülər, nasaz marşrutlar
01 noyabr 2016 12:27 (UTC +04:00)

Agentlik direktoru avtobuslara baxış keçirdi: vəsiqəsiz sürücülər, nasaz marşrutlar

Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma xidməti göstərən fiziki və hüquqi şəxslər (daşıyıcılar) qarşısında qoyduğu tələblərin icrasına nəzarət və ictimai nəqliyyat sistemində mövcud vəziyyətlə yerində taniş olmaq məqsədi ilə montiorinqləri davam edir.

 

BNA-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, növbəti belə monitorinq Qara Qarayev prospektində (8-ci kilometr bazarının yaxınlığındakı dayanacaq cibində) keçirilib.

 

Monitorinq çərçivəsində 8-ci kilometr bazarının qarşısından keçərək Bakı kəndlərinə və qəsəbələrə hərəkət edən müxtəlif marşrut xəttləri üzrə 10-dan artıq avtobusa baxış keçirilib. Müntəzəm sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələrində avtobuslarda bir sıra çatışmazlıqların olduğu müəyyən edilib.  Çatışmazlıqlar əsasən avtobusların sanitar və gigiyenik vəziyyəti və texniki baxımdan nasaz olması ilə bağlıdır.

 

Monitorinq zamanı bir sıra avtobuslarda isə sükan arxasında oturan şəxsin sürücülük vəsiqəsi və digər zəruri sənədlər olmadan nəqliyyat vasitəsini idarə etməsi aşkar edilib. Aşkarlanan bütün çatışmazlıqlar ayrı-ayrılıqda aktlaşdırılıb.

 

BNA-nın baş direktoru Vüsal Kərimli avtobusların natəmiz, eyni zamanda texniki baxımdan nasaz idarə edilməsinin yol verilməz olduğunu diqqətə çatdırıb. O, müəyyən edilən nöqsan və çatışmazlıqların qısa vaxtda aradan qaldırılması və sərnişindaşıma sahəsində xidmət səviyyəsinin artırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.  

 

Baş direktor bildirib ki, paytaxtda sərnişindaşımada istifadə edilən avtobus bazasının təkmilləşdirilməsinə başlanıb. Bununla bağlı nəzərdə tutulan tədbirlər planına əsasən ilkin mərhələdə istismarda olan bütün avtobusların qeydiyyatı aparılıb. Növbəti mərhələdə isə avtobusların utilizasiyası həyata keçiriləcək. Bununla da texniki baxımdan yarasız olan və standartlara cavab verməyən avtobusların sərnişindaşımadan kənarlaşdırılması təmin ediləcək. Baş direktor sürücü-sərnişin münasibətlərində də müəyyən çatışmazlıqların olduğunu vurğulayıb.

 

Sonda V. Kərimli daşıyıcı şirkətlərin rəhbərlərinə xəbərdarlıq edib ki, mövcud vəziyyət qısa vaxtda aradan qaldırılmayacağı təqdirdə onlara qarşı qanuna müvafiq ən sərt tədbirlər görüləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar