Aparıcı Turandan “Sevil” massivi ilə bağlı <span style="color:red;">AÇIQLAMA
05 avqust 2014 13:51 (UTC +04:00)

Aparıcı Turandan “Sevil” massivi ilə bağlı AÇIQLAMA

“Yoxlamalar başlamazdan 3 ay əvvəl bizim müqaviləmiz bitib. Müqaviləmiz bitdikdən sonra orda yoxlamalar başlayıb. Mən reklam kampaniyasını apardığım istənilən şirkətlə bağlı nə vaxtsa problem çıxa bilər. Onun bizə nə aidiyyəti var? Bizim vəzifəmiz KİV olaraq reklam qanunvericilik çərçivəsində işimizi görməkdir. Bunu o yana bu yana çəkmək, şou düzəltmək, yaxud informasiyanı idarə etmək, ya diletantlıq, ya da axmaqlıqdır. Üçüncü variant isə ondan ibarətdir ki, burda xəbislik var. Dövlət qanunlarla idarə olunur”.

 

Lent.az-ın məlumatına görə, bunu aznews.az saytına açıqlamasında adı “Sevil” MMC tikinti şirkəti ilə bağlı qalmaqalda hallanan tanınmış teleaparıcı Turan İbrahimov deyib. Onun sözlərinə görə, televiziyada hər hansı şirkəti, məhsulu, kompaniyanı reklam etmək aparıcının vəzifə borcudur: "İndiyə kimi onlarla cürbəcür şirkətləri, brendləri və onların kampaniyalarını aparmışam. Bizim işimiz bundan ibarətdir. Reklam olunan həmin şirkətlərin sənədləri var, rəsmi fəaliyyət göstəriblər. Həmin şirkətlərin fəaliyyəti üçün aidiyyəti qurumlar qanunvericilik çərçivəsində onlara icazə verib. Bizə qədər olan etaplar var. Biz bu etapları nəzərə alaraq, həmin reklamları efirə vermişik. Televiziyaçılıqdan əlavə həm də reklam mütəxəssisiyəm. Müxtəlif şirkətlərin PR işlərini qururam və onların reklam işlərini görürəm. Onlardan biri də “Sevil” massividir. PR-nı apardığım onlarla şirkət kimi onlar da mənə müraciət ediblər. Bu şirkətin qeydiyyatdan keçib-keçmədiyini, aidiyyəti qurumlardan fəaliyyətinə icazə olub-olmadığını araşdırdıqdan sonra, 6 aylıq PR kampaniyası qurmuşam, insanlarla onların arasında vasitəçi olmuşam”.

 

T. İbrahimov ona Vergilər Nazirliyi tərəfindən heç bir rəsmi müraciətin gəlmədiyini bildirib: "Heç bir qurumdan rəsmi müraciət gəlməyib və gələ də bilməz. Nəyə görə gələ bilməz? Orda oturanlar da ağıllı və savadlıdırlar. Onlar bilirlər ki, bu şirkətin reklamı qanunvericilik çərçivəsində 6 ay müddətində efirdə olub. Onların hətta Metropolitendə də reklamları gedib. Belə çıxır ki, hamını çağırıb nəsə soruşmalıdırlar? Başqa tərəflər araşdırılmalıdır. 6 ay heç kim heç nə deməyib, kampaniya bitəndən 3 ay sonra bu məsələlər meydana çıxıb. Bunlar boş-boş şayiələrdir”.

 

Aparıcı “Sevil” MMC ilə 2 ay əvvəl bitən müqavilənin uzadılmamasına da aydınlıq gətirib: "Kompaniyanın müddəti bitdi. Onlar üçün qurduğum reklam strategiyası çox uğurla yekunlaşdı, istədiklərini əldə etdilər, bütün Azərbaycan tanıdı, torpaqları, binaları satıldı. Bunu hamısı da aidiyyəti qurumların gözü qarşısında baş verirdi. Bir daha deyirəm ki, bütün işlər onların qanunvericiliyin tələblərinə cavab verən sənədləri əsasında aparılıb. Ola bilər ki, hər şey qaydasına düşəndən sonra yenidən bu şirkətlə əməkdaşlıq edək”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5695
avatar

Oxşar yazılar