“Bu il ali məktəbə qəbul olanların sayı artıb”.
Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bu gün baş tutan II Azərbaycan Elm festivalında deyib.
Təhsil nazirinin sözlərinə görə, 1990-cı ildə 25 ali təhsil məktəbi var idisə, 2016-ci ildə bu rəqəm 53 olub.
M.Cabbarov bildirib ki, bu il ali məktəbə daxil olan şagirdlərin də sayı artıb: " 2016-cı ildə ali təhsil müəssisələrinə qəbul olanların sayı 1990-cı ilə nisbətən 2 dəfə artıb. Hazırda ölkə təhsilində inkişaf var və bu inkişaf davam edir. Gələcəkdə necə olacağını dəqiq bilmirik".
Təhsil naziri ölkənin davamlı inkişafında təhsilin və elmin böyük rol oynadığını xüsusi qeyd edib.