ADNA-dakı terrordan 6 il ötür
30 aprel 2015 10:32 (UTC +04:00)

ADNA-dakı terrordan 6 il ötür

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş vermiş kütləvi qətlin altıncı ildönümüdür. Lent.az-ın məlumatına görə, hadisə 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verib.



ADNA-nın Bakı şəhəri Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan silahlı şəxs – Fərda Qədirov “Makarov” tipli tapançadan istifadə edib.  İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar şəxsləri əsasən baş və boyun nahiyəsindən güllələyib. Lent.az-ın məlumatına görə, 2009-cu ilin aprelin 30-da baş verən hadisə 13 nəfərin yaralanması ilə nəticələnib. Təəssüf ki, həmin hadisə 12 nəfərin həyatına son qoyub.

 

Qanlı hadisə nəticəsində Neft qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor Abdullayev Ramiz Xəlil oğlu (1940), Nəzəri Mexanika Fakultəsinin laboratoriya müdiri Əzizova Tamilla Zülfüqar qızı (1951) Neft qaz istehsalı və emalı texnikası kafedrasının müəllimi Vahidov Məcnun Abdulvahid oğlu, Biotexniki və texniki cihazlar kafedrasının laborantı Məmmədova Şəfa Afət qızı; tələbələr Məmmədov Taleh Tariyel oğlu, Bəndəliyev Yusif Telman oğlu, Bağırov Ayaz Cavanşir oğlu, Cabbarov Savalan Allahverdi oğlu, Abdullayev Emin İmaməli oğlu, Babaşov Ruslan Cəfər oğlu, Aslanov Ceyhun Sakit oğlu, Akademiyaya süd məhsulları gətirən Qurbanova Ayna Abbasqulu qızı öldürülüb.

 

Qeyd edək ki, cinayət işi üzrə həbs edilmiş Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulov isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 161
avatar

Oxşar yazılar