Prezident gənc istedadlarla bağlı sərəncam imzaladı
22 fevral 2018 18:31 (UTC +04:00)

Prezident gənc istedadlarla bağlı sərəncam imzaladı

 

Prezident İlham Əliyev Gənc istedadlar üçün xüsusi təqaüdün məbləğinin artırılması və "Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 13 sentyabr tarixli 662 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Lent.az-ın AzərTAC-a istinadən məlumatına görə, sərəncama görə, Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na adları yazılmış gənc istedadlar üçün xüsusi aylıq təqaüdün məbləği 2018-ci il martın 1-dən artırılaraq 400 manat müəyyən edilib.

 

Bu Sərəncamdan irəli gələn məsələləri həll edilməsi Nazirlər Kabinetinə tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282

Oxşar yazılar