(R) Özəl kredit bürosunun yaradılmasına dair İcra Komitəsinin növbəti iclası keçirilib
12 iyul 2013 15:29 (UTC +04:00)

(R) Özəl kredit bürosunun yaradılmasına dair İcra Komitəsinin növbəti iclası keçirilib

 

10 iyul 2013-cü il tarixində Azərbaycanda özəl kredit bürosunun yaradılmasına dair İcra Komitəsinin növbəti iclası keçirilib. Komitədə qabaqcıl beynəlxalq təcrübələrdən istifadə edərək  Azərbaycanda özəl kredit bürosu yarada biləcək beynəlxalq texniki tərəfdaşın/proqram təminatı təchizatçısının seçilməsi məsələləri müzakirə edilib.

 

Komitənin qərarı ilə bu ilin iyul ayında təkliflər üçün müraciətlər göndəriləcək, operatorların rəsmi təkliflərinə isə sentyabrda baxılacaq. Tərəfdaşın seçilməsi üçün əsas meyarlar onun təcrübəsi, kredit bürosunun inkişafına investisiya etmək imkanları və maliyyə vəziyyətidir. Seçimdə kredit bürosuna daxil olan 10 bank iştirak edəcək və hər bank səsvermə üçün 1 səsə malik olacaq.

 

Kredit bürosunun yaradılması üzrə İcra Komitəsi 10 bankdan ibarətdir: AccessBank, AGBank, ASB Bank, Bank Respublika, DəmirBank, MuğanBank, PaşaBank, TuranBank, Yapı Kredi Azerbaycan, UniBank. Komitənin sədri DəmirBank-ın İdarə Heyəti sədrinin müavini Rauf Axundovdur.

 

Kredit Bürosunun yaradılması üzrə İcra Komitəsi Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dəstəyi ilə 2012-ci ilin iyul ayında yaradılıb. IFC kredit məlumatı mübadiləsinin inkişafı sahəsində tanınmış liderdir və bu günədək həmin sahə üzrə 61 ölkəyə məsləhət xidmətləri göstərmiş və Bosniya, Bolqarıstan, Macarıstan, Kosta Rika, Qvatemala, Honduras, Nikaraqua, Panama, Cənubi Afrika, Pakistan, Misir, Mərakeş və Nigeriya kimi 13 ölkəyə kredit bürolarının yaradılması və inkişaf etdirilməsi üzrə dəstək göstərib. Yuxarıda göstərilən ölkələrin kredit bürolarına sorğuların ümumi sayı 2008-ci ildə 38.9 mln, ümumi kreditləşmə məbləği isə 19 mlrd ABŞ dolları təşkil edib.

 

 

# 392
avatar

Oxşar yazılar