"Nəqliyyat tarifləri artırılmayacaq" - <span style="color:red;">Nazir müavini
20 yanvar 2016 13:21 (UTC +04:00)

"Nəqliyyat tarifləri artırılmayacaq" - Nazir müavini

 
“Azərbaycan ərazisində nəqliyyat tariflərinin artırılması nəzərdə tutulmur”.

 

APA-Economics”in xəbərinə görə, bunu nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. Onun sözlərinə görə, qiymətlər necə var, elə də qalacaq:

 

“Tariflərin artırılması barədə Tarif Şurasına müraciət olunmayıb, bu məsələ gündəmdə də deyil”.

 

Nazir müavini onu da bildirib ki, hazırda ölkəyə yeni gətirilən avtobusların xəttə buraxılması nəzərdə tutulur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217

Oxşar yazılar