"Ərizə yazıb, Nəqliyyat Nazirliyindən çıxırıq" - Anar Nəcəfli
06 yanvar 2016 16:15 (UTC +04:00)

"Ərizə yazıb, Nəqliyyat Nazirliyindən çıxırıq" - Anar Nəcəfli

 

Dekabrın 28-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılan “Azəryolservis” ASC-nin bütün əməkdaşları işdən çıxmaqla bağlı ərizə yazıb.

 

Lent.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, qurumun yeni sədri Saleh Məmmədov təxminən 200-dən çox əməkdaşı çağıraraq onlara işdən azad olunmaları ilə bağlı ərizə yazdırıb. Bəzi işçilərə strukturu dəyişdirilən qurumda işə götürüləcəyi ilə bağlı vəd verilsə də, əksər əməkdaşlara isə işdən çıxarıldıqları deyilib. Qurumun mətbuat katibi Anar Nəcəfli məlumatı təsdiqləyib və bildirib ki, bütün kollektivə belə bir ərizə yazdırılıb: “Ərizə yazanlardan biri də mənəm. Amma burada məsələ belədir ki, “Azəryolservis” əvvəl Nəqliyyat Nazirliyinin tabeliyində idi. İndi isə Nazirlər Kabinetinin tərkibindədir. Buna görə də işçilər ərizə yazaraq Nəqliyyat Nazirliyindən çıxıb, “Azəryolservis”də işə götürülür”.

 

# 333
avatar

Oxşar yazılar