<span style="color:red;">AZAL : Martın 27-dən uçuşlar bir saat tez yerinə yetiriləcək
17 mart 2016 15:02 (UTC +04:00)

AZAL: Martın 27-dən uçuşlar bir saat tez yerinə yetiriləcək

 

Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qərarı ilə əlaqədar olaraq 27 mart 2016-cı il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin uçuş cədvəlinə düzəliş olunacaq.

 

AZAL-ın mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, təyinat məntəqələrinə nəzərdə tutulan vaxtda çatmaq  və vaxtında transfer məqsədilə, aviaşirkətin bütün beynəlxalq aviareysləri Azərbaycanın havalimanlarına/hava limanlarından artıq alınmış aviabiletlərdə göstərilən vaxtdan bir saat tez uçacaq.

 

Heydər Əliyev Beynəlxalq Hava Limanı AZAL-ın martın 26-dan sonra olan reyslərinə aviabilet alan bütün sərnişinlərdən aviabiletdə göstərilən uçuş vaxtından 3 saat öncə qeydiyyat üçün hava limanına gəlməyi xahiş edir.
 

AZAL-ın bütün qurumları sərnişinlərin vaxtında təyyarəyə minməsini təmin etmək üçün gücləndirilmiş rejimdə işləyəcək.



Hər hansı bir sual yarandığı təqdirdə (+99412) 598-88-80 və ya *8880 telefon nömrələri ilə əlaqə saxlamaq, və ya [email protected] elektron poçtuna yazmaq xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 346

Oxşar yazılar