(R) DəmirTaksit kart sahiblərinə “İDEAL”dan hədiyyələr veriləcək
09 dekabr 2014 13:20 (UTC +04:00)

(R) DəmirTaksit kart sahiblərinə “İDEAL”dan hədiyyələr veriləcək

 

“DəmirBank”ın təqdim etdiyi DəmirTaksit kart sahibləri üçün yeni il münasibətilə 1+1 aksiyası keçirilir. Belə ki,  İDEAL parfum və kosmetika mağazalarından bir məhsul alana əlavə olaraq bir məhsul hədiyyə ediləcək. Aksiyaya 50-dən çox brendin məhsulları daxildir.

 

Qeyd edək ki, 1+1 aksiyası 15 dekabr tarixinədək davam edəcək.

 

27 mindən çox istifadəçisi olan DəmirTaksit kartı məhsul və ya xidmətin dəyərini hissələrə bölüb ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür. DəmirTaksit kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

 

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132
avatar

Oxşar yazılar