
(R) Tanınmışlar ikinci buktreyler festivalında iştiraka dəvət etdi
Kitabı tanıdın, kitabla tanının!
Kinoaktyor Ruslan Sabirlinin təşəbbüsü əsasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq
Muğam Mərkəzinin və Azercellin tərəfdaşlığı, Libraff kitab mağazaları şəbəkəsinin dəstəyi ilə keçirilən “Kitabı
tanıdın, kitabla tanının” sloqanlı Buktreyler Festivalın məqsədləri kitab və mütaliənin cəmiyyətimizdə təbliği,
mütaliəyə münasibətin yaradıcı formaların inkişafı və dəstəklənməsi, kino sahəsində istedadlı və yaradıcı gənclərin
üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.
Azərbaycanın görkəmli və tanınmış insanları - Rafiq Əliyev (aktyor ve rejissor, xalq artisti), Həmidə Ömərova
(aktrisa, xalq artisti), Ayaz Salayev (kinorejissor, kinoşünas, əməkdar incəsənət xadimi), Orxan Fikrətoğlu (yazichi,
kinodrammaturq, əməkdar incəsənət xadimi), Sənubər İsgəndərli (aktrisa, əməkdar artist), Bəhram Bağırzadə
(əməkdar artist), Murad Dadaşov (tele-prodüser, əməkdar artist), Nərgiz Cəlilova (tele-aparici, əməkdar artist),
Rahib Azeri (tv ve radio aparıcı), Azer Qərib (seyyah) gəncləri Azərbaycanda keçiriləcək III Buktreyler Festivalında
iştiraka səsləməklə festivala dəstək oldular:
https://www.youtube.com/watch?v=0QyK2hOH078&t=0s&list=PLOR_pX5KrGtHTisiX-
Q0w5my2fsnwH4Qz&index=2
Qeyd etmək istərdik ki, 1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qaliblərini uyğun olaraq 1000, 800 (hər biri) və 500
(hər biri) AZN olmaqla pul mükafatları gözləyir.
Son müraciət tarixi: 8 Aprel, 2018
İnformasiya dəstəyi: vesti.az, trend.az, milli.az, day.az, azernews.az
İştirak şərtləri ilə Festivalın www.booktrailer.az saytında, həmçinin www.facebook.com/Booktrailer.Az facebook
səhifəsində yaxından tanış olmaq və daha ətraflı məlumatı almaq olar.
Bütün suallarla bağlı [email protected] müraciət etmək mümkündür.
Oxşar yazılar

İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14
Yenidən qurulan, müasirləşən Xankəndi - FOTOLENT
3 iyul 2025 , 17:44