<span style="color:red;">(R)  Gilan Tekstil Parkına "ASAN" könüllülərinin səfəri təşkil olunub
22 iyun 2017 10:13 (UTC +04:00)

(R) Gilan Tekstil Parkına "ASAN" könüllülərinin səfəri təşkil olunub

 

16 iyun 2017-ci il tarixində Sumqayıtda yerləşən Gilan Tekstil Parkına "ASAN Xidmət"in könüllülərinin səfəri təşkil olunub.

 

APA Tv-nin xəbərinə görə, ilk olaraq onlara təhlükəsizliklə bağlı təlimatlar, daha sonra isə müəssisə haqqında geniş məlumat verilib.

 

Bildirilib ki, 2012-ci ildən fəaliyyətə başlayan Tekstil Parkı İplik, Toxuma, Hörgü, Boya, Tikiş Fabriklərindən və Hazır Məhsul ambarından ibarətdir. Gilan Tekstil Parkında yüksək keyfiyyətli Azərbaycan pambığından dünya standartlarına cavab verən tekstil məhsulları istehsal edilir. Burada istehsal olunan məhsullar əsasən Ukrayna və Belarusa ixrac olunur.

 

"Giltex" Gilan Tekstil Parkının brend nişanıdır. Bizim fabrikdə Azərbaycan pambığından bütün dünya keyfiyyətlərinə cavab verən məhsullar hazırlanır. Bizim qapılarımız həmişəki kimi, bütün gənclərə açıqdır. Biz bir çox təhsil müəssisələri və gənclər komitələri ilə sıx əlaqədəyik. Təkcə yay mövsümündə deyil, il boyu gənclər bizdə təcrübə proqramı keçir. Gənc kadrları işə cəlb edərək, onlardan aparıcı mütəxəssislər yetişdiririk. Bizim istehsal etdiyimiz məhsullar dünya standartlarına tam cavab verir. Heç bir kimyəvi maddələrdən istifadə olunmur, insan sağlamlığına heç bir zərər dəymir".

 

Daha sonra "ASAN Xidmət"in könüllüləri Tekstil Parkının istehsalat sahələrini gəzib və burada müxtəlif növ parça, yataq dəstləri, yorğanlar, yastıqlar, habelə müxtəlif təyinatlı, oda və suya davamlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar, hotellər üçün dəsmalların istehsalı, tikilişi ilə yaxından tanış olublar.

 

"Bizə şərait yaradıb bura gətirdikləri üçün "ASAN Xidmət" və "Gilan Holding"in təşkilatçılarına təşəkkür edirəm. Gündəlik istifadə etdiyimiz əşyaların necə hazırlanması prosesini görmək bizim üçün yeni təcrübədir. "Gilan Holding" mütəxəssisləri bütün istehsalat prosesi ilə bizi tanış etdi. Biz bütün proseslər ilə yaxından tanış olduq, hər şeyin necə mükəmməl, son texnologiyalarla hazırlandığının şahidi olduq. Bizim üçün qürurvericidir ki, Azərbaycanda belə bir holdinq var".

 

"Mən bu gün öyrəndim ki, İslam və Avropa Oyunlarındakı ümumi geyimləri bu fabrik istehsal edib.Bundan başqa, mən burada geyim dəstlərinin, istifadə etdiyimiz əşyaların xanımlar tərəfindən tikildiyinin şahidi oldum.

 

"Əvvəllər Azərbaycanda belə istehsalat birliyinin olduğunu bilmirdim. Bura gəlib hər şeyin, ilk öncə xammalın pambıqdan başladığını gördüm. Həqiqətən inandım ki, "Gilan Tekstil" Azərbaycanda yeganə istehsalat birliyidir ki, hər şey tam pambıqdan hazırlayır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 208
avatar

Oxşar yazılar