(R) “Nar Mobile” daha bir sosial layihəni uğurla başa çatdırdı
26 noyabr 2014 16:55 (UTC +04:00)

(R) “Nar Mobile” daha bir sosial layihəni uğurla başa çatdırdı

 

Bu gün Azərbaycanda nitq və eşitmə qabiliyyəti məhdud olan 8 mindən çox insan yaşayır. Bu vətəndaşların başlıca problemi məşğulluqdur. Ölkədə fiziki imkanları məhdud olan şəxsləri işlə təmin edən çox az sayda şirkət mövcuddur. Belə şirkətlərdən biri də 15 nəfər nitq və eşitmə qüsurlu vətəndaşın çalışdığı “Nar Mobile” mobil operatorudur. Bundan əlavə, şirkət belə vətəndaşların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində çoxsaylı layihələr həyata keçirir. Yenicə başa çatdırılan “Nitq və eşitmə qüsurlular üçün məktəb” layihəsi məhz belə layihələrdəndir. Layihə çərçivəsində üç ay ərzində eşitmə və nitq qabiliyyəti məhdud olan 15-28 yaşlarındakı 25 gənc floristika, bərbərlik, dekorativ əl işləri və kompüter texnologiyaları istiqaməti üzrə 4 müxtəlif kursun iştirakçısı olmuşdur.

 

Qeyd edək ki, bu, “Nar Mobile”-ın fiziki imkanları məhdud olan vətəndaşların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində göstərdiyi ilk fəaliyyət deyil. Artıq bir neçə ildir ki, şirkət “Eşitməmək düşünməmək deyildir” adlı layihəni həyata keçirir. Bu layihə çərçivəsində şirkət eşitmə və nitq qabiliyyəti məhdud olan gəncləri işə cəlb etməklə yanaşı, eyni zamanda sosial inkişaf üçün onları digər əməkdaşlarla eyni imkanlarla təmin edir. Hal-hazırda şirkətdə nitq və eşitmə qüsurlu 15 vətəndaş çalışır. Öz təcrübəsindən çıxış edən “Nar Mobile” mobill operatoru digər şirkətləri də fiziki imkanları məhdud olan şəxsləri işlə təmin etməyə çağırır.   

 

Azərbaycanın sürətlə inkişaf edən mobil operatoru olan “Nar Mobile”, 2007-ci ildən etibarən abunəçilərinə xidmət göstərir. Fəaliyyət göstərdiyi illər ərzində “Nar Mobile” daima sərfəli qiymət siyasətinə sadiq qalaraq müxtəlif tarif planları ilə abunəçilərinə ən sərfəli  təkliflərini təqdim etmiş və abunəçilərin rəğbətini qazanmışdır. Münasib danışıq tarifləri ilə yanaşı, mobil operatorun müxtəlifliyi və sərfəliliyi ilə seçilən internet paketləri və abunəçilərin hər zona üzrə bir qiymət ödədiyi sadə rouminq təklifləri xüsusilə qeyd olunmalıdır. “Nar Mobile” Bakı 2015 Avropa oyunlarının  rəsmi mobil rabitə təminatçısıdır.

 

# 370
avatar

Oxşar yazılar

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

Ədliyyə Nazirliyində YENİ TƏYİNAT

26 may 2024 , 11:00
Əfv olunan qadınlar azadlığa buraxıldı

Əfv olunan qadınlar azadlığa buraxıldı

26 may 2024 , 10:35
Əfv sərəncamının icrasına başlanıldı

Əfv sərəncamının icrasına başlanıldı

26 may 2024 , 09:00
II və III qruplara imtahan keçirilir

II və III qruplara imtahan keçirilir

26 may 2024 , 06:47
Küləkli hava nə vaxtadək  davam edəcək?

Küləkli hava nə vaxtadək davam edəcək?

25 may 2024 , 18:17
Sabah Bakıda şimşək çaxacaq,  yağış yağacaq - PROQNOZ

Sabah Bakıda şimşək çaxacaq, yağış yağacaq - PROQNOZ

25 may 2024 , 12:59
Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

Maşını saxlayın, şüşələri qaldırıb gözləyin - Hava XƏBƏRDARLIĞI

25 may 2024 , 11:51
Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

Şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

25 may 2024 , 09:56