![[b]Qusarda qədim qəbiristanlıq aşkarlanıb - FOTO[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]Qusarda qədim qəbiristanlıq aşkarlanıb - FOTO[/b]
Qusar rayonu ərazisində eramızdan əvvəl I-II minilliklərə aid olunduğu bildirilən qəbiristanlıq aşkarlanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, qədim qəbiristanlıq Qusarın Zindan Muruq kəndində yerləşir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi mütəxəssisi, arxeoloq Qəhrəman Ağayev bildirib ki, sovet dövründə aparılan araşdırmalar nəticəsində abidənin orta əsrlərə aid olduğu ehtimal edilib.
Q.Ağayevin sözlərinə görə, Qusarda 3 istiqamətdə araşdırma aparılır və 3-4 yeni abidə aşkar edilib. O, qeyd edib ki, Qusar rayonunun ərazisi tarixi abidələrlə zəngindir. Burada tarixi hətta eneolit dövrünə gedib çıxan abidələrə rast gəlmək mümkündür.
Oxşar yazılar

Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03
Azərbaycanda yaşamaq icazəsi üçün hansı tələblər var? - CAVAB
11 iyul 2025 , 13:49