
Meteohəssas insanlara XƏBƏRDARLIQ
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman, çiskin olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, cənub küləyi əsəcək, günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 14-18, gündüz 25-30, Bakıda gecə 15-17, gündüz 27-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 9-da bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı qərb rayonlarında intensiv olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir. Havada olan durğunluq qaz qarışıqlarının səpələnməsi üçün əlverişsizdir. Bu da bəzi insanlarda narahatlıq yarada bilər.
Oxşar yazılar

Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03