Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əkizləri və övladlığa götürdüyü qızı Əminə ilə birgə fotosunu paylaşıb.
Axşam.az-ın məlumatına görə, L.Əliyeva fotoya “Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə hamını təbrik edirəm” şərhini yazıb.
Qeyd edək ki, prezident İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanına əsasən, 9 noyabr “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur və həmin tarix qeyri-iş günü hesab edilir.