![[b]Komitə sədri Beynəlxalq Bəhai İcmasının baş katibi ilə görüşdü[/b]](https://lent.az/storage/news/2019/may/02/big/8c199c3d772fe1e17d823e1c02b85d3a.jpg)
[b]Komitə sədri Beynəlxalq Bəhai İcmasının baş katibi ilə görüşdü[/b]
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Beynəlxalq Bəhai İcmasının baş katibi Coşua Linkoln və icmanın Birləşmiş Millətlər Təşkilatındakı Baş təmsilçisi ilə görüşüb.
Qonaqları salamlayan Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda dini icmalara, o cümlədən bəhai icmasına yaradılan şəraitdən danışaraq bildirib ki, ölkəmizdə dini konfessiyalara sərbəst şəkildə fəaliyyət göstərmələri üçün bütün imkanlar yaradılıb. Dini konfessiya nümayəndələri ölkənin ictimai-siyasi həyatına tam şəkildə inteqrasiya olunublar.
Beynəlxalq Bəhai İcmasının baş katibi Coşua Linkoln vurğulayıb ki, Azərbaycandakı nümunəvi birgəyaşayış modeli, ölkəmizdə multikulturalizm və tolerantlıq sahəsində aparılan dövlət siyasəti marağına səbəb olub. O, ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh şəraitində yanaşı yaşamasını multikulturalizmin uğurlu modeli adlandırıb. Qeyd edib ki, bəhai icmasının burada dini ayinlərini sərbəst şəkildə icra etməsi bizi çox sevindirir.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlərin müzakirə olunduğu görüşün sonunda qonaqlar səmimi qəbula görə minnətdarlıqlarını bildiriblər.
Oxşar yazılar

Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10
Süni intellektlə pəhriz yazanları nə gözləyir? - Canımızı "ChatGPT"yə etibar edə bilərikmi?
11 iyul 2025 , 17:12
Bəy toyda atasını dəli etdi və sillələndi
11 iyul 2025 , 16:29Havanın temperaturu 40 dərəcəni keçəcək - XƏBƏRDARLIQ
11 iyul 2025 , 15:26
Tək ümidləri yağışa qalıb: İmişlidə pambıq sahələri və bostanlar SUSUZLUQDAN YANIR
11 iyul 2025 , 14:03