<b>İxtisas seçimi zamanı nələrə diqqət etməli? - <span style="color:red;">MÜTƏXƏSSİS RƏYİ </b>
28 iyul 2017 17:22 (UTC +04:00)

İxtisas seçimi zamanı nələrə diqqət etməli? - MÜTƏXƏSSİS RƏYİ

29 iyun-10 avqust tarixləri arasında Azərbaycanda ali məktəblərə ixtisas seçimi aparılacaq.

 

APA TV-nin məlumatına görə, müsabiqəyə yalnız bu müddətdə ixtisasları seçib öz elektron ixtisas seçimi ərizələrinə daxil edərək təsdiq etmiş abituriyentlər buraxılacaq.  

 

Seçim mərhələsinə I və IV ixtisas qrupları üzrə, ümumi balı 200-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan, o cümlədən dövlət sifarişi üzrə ümumi balı 250-dən və hər bir imtahan fənnindən topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər buraxılır.

 

Təhsil üzrə ekspert Kamran Əsədov deyir ki, bu il ixtisas seçimi mərhələsi ötən ildəkindən daha gərgin keçəcək. Buna görə də abituriyentlərin diqqət yetirməli olduğu nüanslar var: "Bu il II qrupda müsabiqə şərtini ödəyənlərin sayında aşağı enmə var. Bu da onu göstərir ki, III qrupda ballar 30, 40, hətta 50 bala qədər qalxacaq, II qrupda enəcək. Bu, eynilə I və IV qruplara da aiddir. Bundan başqa, abituriyentlər 2017-ci ilin "Abituriyent-4" jurnalına və 2016-cı ilin "Abituriyent-4" jurnalında seçəcəkləri ixtisasların plan yerinə diqqət yetirməlidirlər".

 

Təcrübə göstərir ki, bu və ya digər ixtisas üzrə plan yerlərinin artması və ya azalması da həmin ixtisaslar üzrə keçid ballarının formalaşmasına təsir edir: "Bir misal deyim: 2011-ci ildə Dillər Universitetinin "Xarici dil/İngilis dili müəllimliyi" üzrə keçid balı 500 balın üstündəydi. Amma 2011-ci ildə plan yeri birdən-birə 125-dən 800-ə qədər qalxdı. Hər il 500 balla qəbul aparılan ixtisasa 250 balla qəbul həyata keçirildi".

 

Daha bir önəmli faktor ixtisaslar üzrə təhsil haqları ilə bağlıdır. Belə ki, hər il 15 faizə yaxın abituriyent ödənişlərin yüksək olması səbəbindən təhsil almaqdan imtina edir. Bundan əlavə, ixtisaslar üzrə keçid ballarının dinamikası nəzərə alınmalıdır: "Məsələn, Azərbaycan Diplomatik Akademiyasında 2011-ci ildə formalaşmış keçid balı I ixtisas qrupu üzrə 560 idisə, keçən il bu rəqəm 250-yə endi. Bu o demək deyil ki, bu il də həmin ixtisaslara 250 balla qəbul olmaq mümkün olacaq. Ona görə də mütləq ciddi şəkildə analiz aparmaq lazımdır. Abituriyentlər əvvəlki illərin təkcə keçid balına yox, abituriyentlərin də sayına, yüksək balların toplanma ardıcıllığına xüsusilə diqqət yetirməlidirlər".

 

Təcrübə göstərir ki, əgər ali məktəblərə ixtisas seçimi təhsil sahəsində anlayışı olmayan şəxslər tərəfindən aparılarsa, hətta yüksək bal toplayan abituriyent belə ali məktəbdən kənarda qala bilər. İxtisas seçimi zamanı əmək bazarının tələblərinə də önəm verilməlidir: "2014-cü ildə 649 bal toplamış şəxs kəsildi. 500-dən yuxarı bal toplayıb qəbul olmayanların sayı yüzlərlədir. Bu məhz onun nəticəsidir ki, onlar ixtisas seçimi zamanı mütəxəssislərin rəyinə diqqət bəsləməyiblər. Ən mühüm, unutmamalı məsələ odur ki, valideynlər ixtisas seçimi zamanı abituriyentlərin fikirlərini nəzərə almalıdır. Bir də baxsınlar ki, bu və ya digər seçdikləri və qəbul olma ehtimalları yüksək olan ixtisaslar üzrə əmək bazarında buna uyğun iş varmı".

 

Bütün abituriyentlərə uğurlar arzulayırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

APA TV

Oxşar yazılar