![[b]I dərəcə əlilliyi olanlara təqaüdlərin verilməsində gecikmə nədən yaranıb?[/b]](https://lent.az/storage/news/2019/may/11/big/2f093b82565cd48d77788ec30c1dbbc8.jpg)
[b]I dərəcə əlilliyi olanlara təqaüdlərin verilməsində gecikmə nədən yaranıb?[/b]
“I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər üçün aprelin 1-dən 50 manat təqaüd təsis edilib. Bu o deməkdir ki, həmin şəxslərin əmək pensiyası hesablanarkən onlara qulluq üçün əlavə edilmiş 11 manat məbləğ ayrıca formada 50 manatlıq təqaüdlə əvəz olunub”.
ONA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblı deyib.
O qeyd edib ki, ona görə də I dərəcə əlilliyi olan şəxslərə may ayının pensiyası verilərkən aprel və may aylarının hər biri üçün həmin 11 manat (ümumilikdə 22 manat) dayandırılıb, bunun əvəzində isə may ayının təqaüdləri verilərkən I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlərə aprel və may aylarının hər biri üçün 50 manat (ümumilikdə 100 manat) ödəniləcək: “Bunun üçün də I dərəcə əlilliyi olan şəxsləri narahat olmamağı tövsiyə edirik və yaxın günlərdə onlardan yalnız bir ərizə (onlara qulluq edənin kimliyini müəyyən etmək üçün) qəbul olunmaqla, aprel və may ayları üzrə 100 manat (50+50) təqaüdün ödəniləcəyini bildiririk”.
Oxşar yazılar

İyul sınaqlar gətirəcək: Risk altında olan BÜRCLƏR
4 iyul 2025 , 00:02Sabah hava meteohəssas insanlar üçün necə olacaq? - PROQNOZ
3 iyul 2025 , 19:49Qeyri-sabit hava bu tarixədək davam edəcək
3 iyul 2025 , 19:17
Qışda yemək üçün giləmeyvə necə dondurulmalıdır?
3 iyul 2025 , 18:44
Tale sürprizlər hazırlayıb: həftə sonuna qədər şanslı olacaq BÜRCLƏR
3 iyul 2025 , 18:31Azərbaycanda universitet prorektoru öldü
3 iyul 2025 , 18:14
Yenidən qurulan, müasirləşən Xankəndi - FOTOLENT
3 iyul 2025 , 17:44