<b>Bazar günü üçün</b><span style="color:red;"> HAVA PROQNOZU
28 iyul 2018 12:20 (UTC +04:00)

Bazar günü üçün HAVA PROQNOZU

İyulun 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal-şərq küləyi əsəcək.  

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, havanın temperaturu gecə  23-26°, gündüz  31-35° isti, Bakıda  gecə  24-26°, gündüz  33-35° isti olacaq.

 

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək. Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu  28-29° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında hava yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz  35-40° isti, dağlarda gecə 14-19°, gündüz  23-28° isti təşkil edəcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar