[b]2 ali məktəbə təhsil haqqını dollarla tələb etdiyinə görə irad tutulub[/b]
15 aprel 2016 12:57 (UTC +04:00)

[b]2 ali məktəbə təhsil haqqını dollarla tələb etdiyinə görə irad tutulub[/b]


"Devalvasiya heç bir dövlət ali təhsil müəssisəsinə təsir etmədi, çünki təhsil haqqı ilə bağlı elan veriləndə hər yerdə manatla ödəniş etmək lazım olduğu bildirilir". Lent.az-ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi Nərgiz Qaraxanova jurnalistlər üçün keçirilən təlimdə deyib. Onun sözlərinə görə,  heç bir təhsil müəssisəsində xarici valyuta ilə təhsil haqqının ödənilməsi məsələsi yoxdur: "Lakin iki özəl təhsil müəssisəsində bu problem yaşandı. Bunu da bilirik".

 

N .Qaraxanova bildirib ki, tələbə müqaviləni imzalayanda ödəniş məsələsinə diqqət etməlidir: "Əlbəttə, bu məsələdə ali məktəbin də günahı var. Əgər müqavilədə ödəniş dollarla göstərilibsə, niyə ona qol çəkilməlidir? Hər iki ali məktəbin rəhbərliyinə bu barədə ciddi irad tutulub. Bildirilib ki, elanda təhsil haqqı nə qədər göstərilibsə, qəbul planı necə təsdiq olunubsa, ödəniş də o pulla ödənilməlidir. Yəni həmin ödəniş məbləğindən nə artıq, nə də əskik ödəniş qəbul olunmamalıdır. Tələbə də məhz həmin məbləği ödəməlidir.  Sonda isə hər iki fakt tələbənin xeyrinə həll olunub".

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 109
avatar

Fərizə Əhmədova

Oxşar yazılar