![<b>20 yanvar günü üçün</b> <span style="color:red;">HAVA PROQNOZU](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
20 yanvar günü üçün HAVA PROQNOZU
Bakıda və Abşeron yarımadasında yanvarın 20-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman, gecə çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturunun Bakıda və Abşeron yarımadasında gecə 2-4, gündüz 6-8 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 20-də ayrı-ayrı yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, günün ikinci yarısında əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-8 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, yanvarın 20-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun bir qədər enməsi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.
Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ](https://lent.az/storage/news/2024/july/26/big/66a3f4e3e077f66a3f4e3e07811722021091438c7f8e8d8a92f4098ce5f41d79d5bf.jpg)
İyulun 14-də keçirilən qəbul imtahanının NƏTİCƏSİ
26 iyul 2024 , 23:12![Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR](https://lent.az/storage/news/2024/july/26/big/66a364d41c69166a364d41c692172198421266a364d41c68b66a364d41c68e.png)
Avqusta qədər varlanmaq şansı olacaq BÜRCLƏR
26 iyul 2024 , 18:28Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
26 iyul 2024 , 18:24![Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA](https://lent.az/storage/news/2024/july/26/big/66a393a31248166a393a312482172199619566a393a31247e66a393a31247f.jpg)
Hazırda bu rayonlara şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
26 iyul 2024 , 16:15![“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu](https://lent.az/storage/news/2024/july/26/big/66a3826beb61a66a3826beb61b172199178766a3826beb61566a3826beb617.jpg)
“Vnimatelni” olmadın günün qaradır və ya “balta nəzakəti” sindromu
26 iyul 2024 , 15:12![Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI](https://lent.az/storage/news/2024/july/26/big/66a3650a948ff66a3650a94900172198426666a3650a948f966a3650a948fc.jpg)
Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
26 iyul 2024 , 12:55Bakıda güclü külək əsəcək - NARINCI XƏBƏRDARLIQ
26 iyul 2024 , 12:37![İnsan hüquqazidd əməl edərkən psixi fəaliyyəti müvəqqəti pozulubsa cəza alır? – CAVAB](https://lent.az/storage/news/2024/july/26/big/66a34e314a47466a34e314a475172197841766a34e314a46e66a34e314a471.webp)