“Malış”lar işsiz qalacaq
04 iyun 2013 15:19 (UTC +04:00)

“Malış”lar işsiz qalacaq

“Kart sisteminə keçid avtobuslarda azyaşlıların əməyinin istismarına birdəfəlik son qoyacaq. Bu sistem konduktorlara tələbatı sıfıra endirəcək. Avtobuslarda kart sistemi tətbiq edildikdən sonra sürücülər  sərnişinlərdən gediş haqqını yığmaq üçün konduktor götürməyəcəklər”. Lent.az-ın məlumatına görə, bu sözləri movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin katibliyinin rəisi Namiq Həsənov deyib.

 

 Həsənovun sözlərinə görə, kart sistemi  tətbiq olunduqdan sonra gediş haqları nağd şəkildə ödənilməyəcək: "Bu sistem bütün marşrutları əhatə etdikdən sonra azyaşlıların konduktor kimi avtobuslarda işləməsi hallarına rast gəlinməyəcək. Çünki, tədricən avtobuslarda konduktorlara olan tələbat aradan qalxacaq. Bu isə o deməkdir ki, sərnişindaşımada azyaşlıların əməyinin istismarı hallarına yaxın zamanda son qoyulacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1616
avatar

Oxşar yazılar