“Dini radikalizm və terror” mövzusu Sumqayıtda müzakirə edildi
28 oktyabr 2016 02:09 (UTC +04:00)

“Dini radikalizm və terror” mövzusu Sumqayıtda müzakirə edildi

Oktyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Dövlət  Təhlükəsizliyi Xidmətinin Sumqayıt  şöbəsinin birgə  təşkilatçılığı ilə Sumqayıt  şəhəri “Tarix” muzeyində  “Dini  radikalizm və terror” mövzusunda tədbir  keçirilib.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a  verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan Sumqayıt  Şəhər  İcra Hakimiyyətinin nümayəndəsi  Fərman Kazımov müstəqilliyimizin ilkin dövrlərində ölkəmizə ayaq açan humanitar təşkilatların fəaliyyətləri, onların apardığı dini təbliğatın nəticəsində  formalaşan zərərli dini ideologiya daşıyıcısı olan şəxslərin özlərinə sosial baza yaratmaq cəhdləri və nəticədə dövlət-din münasibətlərinə verdiyi zərərlər haqqında danışıb, dünyada dini və milli zəmində baş verən münaqişələr, ölkəmizə qarşı olan dini təhdidlər barədə fikirlərini bildirib.

 

DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdir müavini  Yalçın Abdullayev qeyri-qanuni şəkildə fəaliyyət göstərən zərərli dini cərəyanlar haqqında məlumat verib, onların təbliğat metodologiyası, fəaliyyət istiqamətləri haqqında danışıb. Qeyd edib ki, ictimai həyatda hər gün qarşılaşdığımız dindarlar, dini fəaliyyətlər haqda fikirlərimiz və münasibətimiz humanizm prinsiplərinə əsaslansa da, onların fəaliyyətlərinin nəticələrini öyrəndikdə, təhlillər aparıldıqda gəlinən nəticə budur ki, zərərli dini cərəyanların apardığı təbliğatların məqsədi tarix boyu əldə etdiyimiz milli-mənəvi dəyərlərin məhvinə, şəhidlərimizin qanı bahasına qurub yaratdığımız dövlətçiliyimizin əsaslarının sarsıdılmasına yönəlib.

 

Sonra çıxış edən DTX-nın Sumqayıt şəhər İdarəsinin əməkdaşı Elçin İsgəndərov müxtəlif dini cərəyanların yaranması tarixindən danışıb. O qeyd edib ki, suverenliyimizi təhdid altına alan dini-ekstremist qrupların fəaliyyətlərinin qarşısının alınması dövlət orqanları tərəfindən layiqincə həyata keçirilir.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 467
avatar

Oxşar yazılar