TikTok-da canlı yayım açan sürücü işdən çıxarıldı
10 sentyabr 2023 18:33 (UTC +04:00)

TikTok-da canlı yayım açan sürücü işdən çıxarıldı

Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman TikTok platformasında canlı yayım açmasına dair görüntülər yayılıb.

Məsələ Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Lent.az-a verilən xəbərə görə, məsələ  dərhal araşdırılıb.

Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.

# 13803
avatar

Oxşar yazılar