Şuşa ətrafında kəşfiyyat uçuşu aparan erməni kvadrokopteri ələ keçirildi  - VİDEO
13 avqust 2022 15:08 (UTC +04:00)

Şuşa ətrafında kəşfiyyat uçuşu aparan erməni kvadrokopteri ələ keçirildi - VİDEO

Avqustun 13-ü saat 10:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinə məxsus kvadrakopter Şuşa şəhəri ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.


 

# 2934
avatar

Oxşar yazılar