Siyavuş Novruzov
05 noyabr 2022 13:36 (UTC +04:00)

Siyavuş Novruzov

Siyavuş Novruzov universitetlərdəki rüşvətdən DANIŞDI

“Zərurət olanların köçürülməsinin qarşısını almaq olmaz. Məsələn, Naxçıvanda yaşayan əhalinin belə problemləri olur”.

Lent.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, köçürmələrlə bağlı problemlər burada səsləndirildi: “Hamımıza aydındır ki, əvvəllər Dağıstandan, Gürcüstandan köçürmələr çox idi. Bunun nə məqsədlə olduğunu bilirik. Əlbəttə, Harvard Universitetindən köçürmələr yox idi ki?!”.

Siyavuş Novruzov qiyabi və axşam təhsili məsələsinin bərpasına ehtiyac olduğunu bildirib:” Axşam təhsili olsa, tələbələr həm işləyib, həm təhsil ala bilərlər. Tələblər üçün kampuslar yoxdur. Tələbələr məcbur olub kirayədə qalırlar. Bir çox universitetlər kəsrləri pulluya keçirib. Bu, elə rüşvətin rəsmiləşmiş formasıdır. Əvvəllər müəllim pul alıb qiymət yazırdı. İndi kəsrə görə pul verilir, dərsdə oturur. Tələbə onsuz da təhsil haqqı ödəyir. Valideyn də verdiyi pulun hesabatını verəndə ona cavab verilmir. Əgər bir tələbənin 6 kəsri varsa, elə təhsil haqqının yarısı miqdarında kəsrə pul ödəməli olur. Digər tərəfdən, tələbə təqaüdləri artırılmalıdır və minimum yaşayış həddinə çatdırılmalıdır”.

# 2715
avatar

Oxşar yazılar

Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA

Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA

28 yanvar 2023 , 19:03
Qar yağacaq, yollar buz bağlayacaq -  XƏBƏRDALIQ

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDALIQ

28 yanvar 2023 , 14:55
Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək - FOTO

Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək - FOTO

28 yanvar 2023 , 12:54
Sabahın HAVASI:  bu yollar buz bağlayacaq

Sabahın HAVASI: bu yollar buz bağlayacaq

28 yanvar 2023 , 12:24
Xırdalan bu gün susuz qalacaq

Xırdalan bu gün susuz qalacaq

28 yanvar 2023 , 11:12
Abonent sayında artım, qaz xəttinə kənar qoşulmalar “Açıq qapı”da - VİDEO

Abonent sayında artım, qaz xəttinə kənar qoşulmalar “Açıq qapı”da - VİDEO

27 yanvar 2023 , 23:03
Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

27 yanvar 2023 , 17:50
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun  FOTOSU

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun FOTOSU

27 yanvar 2023 , 17:09