Şəhid Səbuhinin qardaşına "şəhid ailəsi" statusu düşmür -  RƏSMİ
29 sentyabr 2022 16:56 (UTC +04:00)

Şəhid Səbuhinin qardaşına "şəhid ailəsi" statusu düşmür - RƏSMİ

Sentyabrın 12-13-də Ermənistanın törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olan gizir Səbuhi Əhmədova "şəhid", onun ailəsinə isə "şəhid ailəsi" statusu verilməsi mətbuatın gündəmində qalır. Hətta bununla bağlı Müdafiə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunmaq üçün arayış verib.

Məsələ ilə bağlı DSMF-dən Lent.az-a bildirilib ki, qeyd edilən sənəd “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon Arayış formasıdır. 

Göründüyü kimi bu Arayışda şəhidimizin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb.Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna uyğun olaraq həyata keçirilir. Qanunvericilikdə bu güzəştlərdən şəhidin:

- həyat yoldaşı; 
- valideynləri; 
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları; 
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları; 
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.

 Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunveriliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur.

Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir. 

Bu mövzunu konteksdən çıxaran, səhv mövqedən tirajlayan, Şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik.

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Qeyd edək ki, bir gün əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi şəhid Səbuhi Əhmədovun qardaşı Sənanla bağlı açıqlama yayıb. Açıqlamada deyilirdi ki, Sənan "şəhid ailəsinin üzvü" hesab olunmur. Eyni zamanda, onun təlim və tərbiyə aldığı “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib. Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib.

# 4203
avatar

Fidan İlqar

Oxşar yazılar

Bakıda bir ayda 900 nəfər ZƏHƏRLƏNDİ

Bakıda bir ayda 900 nəfər ZƏHƏRLƏNDİ

2 dekabr 2022 , 09:45
5 300 sakini olan kəndin körpüsü yarasız vəziyyətdədir -FOTO

5 300 sakini olan kəndin körpüsü yarasız vəziyyətdədir -FOTO

2 dekabr 2022 , 08:22
Salyanda sahibkarlar təbii qazla bağlı problemləri bildirdilər -FOTO

Salyanda sahibkarlar təbii qazla bağlı problemləri bildirdilər -FOTO

2 dekabr 2022 , 00:30
"Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı

"Fərdi jurnalist müsabiqəsi”nin nəticələri açıqlandı

1 dekabr 2022 , 18:11
Əlisa Nicat

Əlisa Nicatın mənzilinin istilik problemi həll edildi

1 dekabr 2022 , 14:10
Şagirdlərdən ETİRAZ: "DONURUQ"

Şagirdlərdən ETİRAZ: "DONURUQ"

1 dekabr 2022 , 14:04
Deputatdan ŞOK AÇIQLAMA: Dərmanlar gizlədilir,  yüksək qiymətə   satılır

Deputatdan ŞOK AÇIQLAMA: Dərmanlar gizlədilir, yüksək qiymətə satılır

1 dekabr 2022 , 13:34
Bakıya 1 həftə güclü yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıya 1 həftə güclü yağış yağacaq - XƏBƏRDARLIQ

1 dekabr 2022 , 13:30